Onlayn ictimai-siyasi qəzet
Müğənni-bəstəkar Hacı Nazim Məmmədov açıqlaması ilə diqqət çəkib.
O, “Günə bax” verilişində mahnı verdiyi üçün peşman olduğu müğənnilər olduğunu söyləyib.
“Peşman olduğum mahnılar var ki, o adresə gedib. Məsələn, Xuraman Şuşalı mənim əzizimdir, dostumdur. Xuramanda bir mahnım var, bilirəm ki, yaxşı mahnıdır. Xatırlayıram. Mahnını büküb, naftalinləyib, qoyub evə. Bəlkə də o mahnı çıxsaydı, sevilərdi və sairə. İndi də yeni aranjimanda mahnını təqdim etsək, yaradıclığının dönüş nöqtəsi ola bilər. Adam mahnını aparıb evə qoyub. Peşəkarcasına Xuramandan necə razı ola bilərəm? İnsan kimi razı ola bilərəm”, - deyə sənətçi bildirib. (olay)
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ