Onlayn ictimai-siyasi qəzet
Fransanın Paris Sen-Jermen futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubundan təklif alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano tviterdə yazıb.
Mənbənin məlumatına görə, “Əl-Hilal” Fransa komandasına “böyük təklif” edib. Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilir.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib. Hücumçu Fransa yığmasının tərkibində 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib. Futbolçu PSJ ilə birlikdə 5 qat Fransa çempionu və 4 dəfə ölkə Superkubokunun qalibi olub, 3 dəfə Fransa Kubokunu və 2 dəfə Fransa Liqa Kubokunu qazanıb.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ