İnsanlara hürriyət, millətlərə istiqlal!

On ölkə Almaniyadan mal və mal əti idxalını qadağan etdi

10-dan çox ölkə Almaniyadan dabaq xəstəliyinə həssas heyvanların və heyvan mənşəli məhsulların idxalına qadağa qoyub. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna səbəb Berlinin kənarındakı fermada camışlar arasında dabaq xəstəliyinin yayılmasıdır. Bu, son 40 ildə Almaniyada qeydə alınan ilk haldır.

Mətbuatda yayılan məlumatlara görə, dabaq xəstəliyinin yayılması ilə bağlı rəsmi məlumat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının portalında dərc olunduqdan sonra Avstraliya, Argentina, Belarus, Böyük Britaniya, Qazaxıstan, Meksika, Namibiya, Rusiya, Uruqvay və Cənubi Koreya tərəfindən ticarət məhdudiyyətləri tətbiq edilib. Avropa Birliyi daxilində Belçika, İrlandiya, Hollandiya və Polşa tərəfindən nəzarət gücləndirilib.
Qeyd edək ki, dabaq xəstəliyi zoonozlar (heyvanların yoluxucu xəstəlikləri) qrupundan olan kəskin, yüksək yoluxucu virus xəstəliyidir. Onun patogeni xarici mühitdə yüksək dəyişkənlik və sabitlik ilə xarakterizə olunur.

Yeri gəlmişkən, Azərbaycan az miqdarda da olsa, Almaniyadan iribuynuzlu heyvan əti idxal edir. Rəsmi ticarət statistikasına əsasən 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəmizə Almaniyadan 32,66 min dollarlıq 1,04 ton iribuynuzlu heyvan əti, təzə və ya soyudulmuş, sümükdən ayrılmış parçalar idxal olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR