Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktyor Celil Nalçakan haqqında çıxan ölüm xəbərlərinə əsəbiləşib.
Aktyor infarkt keçirərək vəfat etməsi lə bağlı yayılan məlumatları yalanlayıb.
O, haqqında yalan xəbər yayanları məhkəməyə verəcəyini və külli miqdarda təzminat tələb edəcəyini vurğulayıb:
"Anamın 76 yaşı var. Bacıma zəng vurub "Başınız sağ olsun" deyiblər. Bunu anam eşitsə, infarkt keçirərdi. 3 nəfər abunəçiniz artacaq deyə belə tərbiyəsizlik edilməz. Böyük təzminat qarşılığında onları məhkəməyə verəcəyəm. Celil ölmədi, amma bu saatdan sonra onlar öldü".
Qeyd edək ki, Celil son olaraq "Kardeşlerim" serialında rol alıb. (Axşam.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ