İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölüm riski altındasınız – İnfarkt halları niyə artıb? - MÜSAHİBƏ

Son illərdə ürək xəstəlikləri, xüsusən infarkt hallarının artması müşahidə olunur. Türkiyənin məşhur sənətçisi Volkan Konak da Şimali Kiprdə konsert zamanı infarkt keçirərək həyatını itirməsi, infarkt probleminini yenidən gündəmə gətirdi.

Bəs infarktın qarşısını almaq üçün nə etmək lazımdır? Kimlər risk qrupundadır?

Kardioloq-terapevt Aytən Yüzbaşıyeva mövzu ilə bağlı Musavat.com-un suallarını cavablayıb:

- Ürək problemləri ilə bağlı simptomlar nələrdir?

- Ürək problemlərinin simptomları problemin növünə və ciddiyyətinə görə dəyişə bilər. Ən çox rast gəlinən simptomlar isə bunlardır:

1. Sinə ağrısı, döş qəfəsində sıxılma,diskomfort hissi, ağırlıq və ya yanma hissi
2.Nəfəs darlığı, fiziki fəaliyyət zamanı və ya istirahət halında çətin nəfəs alma
3. Ürək döyüntüsünün sürətlənməsi və ya nizamsız olması (aritmiya)
4. Başgicəllənmə və ya bayılma
5. Ayaq, bilək və qarın nahiyəsində şişkinlik (ödem)
6. Səbəbsiz yorğunluq və zəiflik

7bf772c4-1d0f-47bd-9f6d-d6bf3c8ef70e.jpeg (205 KB)

Ürək xəstəlikləri risk faktorları hansılardır?

Ürək xəstəliklərinin risk faktorları iki əsas kateqoriyaya bölünür: dəyişdirilə bilən və dəyişdirilə bilməyən faktorlar.

Dəyişdirilə bilən risk faktorları: həyat tərzi və müalicə ilə nəzarət altına alına bilən amillərdir.Məsələn yüksək qan təzyiqi (hipertoniya xəstəliyi),yüksək xolesterin səviyyəsi,siqaret çəkmək,Şəkərli diabet,piylənmə və artıq çəki,fiziki passivlik,stress və psixoloji gərginlik,alkoqol və qeyri-sağlam qidalanma.
Dəyişdirilə bilməyən risk faktorları isə:

* Yaş – 40 yaşdan sonra ürək xəstəliklərinin riski daha da artır.

* Cinsiyyət – Kişilərdə ürək xəstəliklərinə daha tez rast gəlinir, lakin menopauzadan sonra qadınlarda da risk daha da yüksəlir.

*Genetika və irsiyyət – Ailədə ürək xəstəlikləri olan insanlarda risk daha yüksəkdir.

- Son zamanlar ürək xəstəlikləri çox gəncləşib?

- Gənclərdə ürək xəstəliləri çoxalıb və yaşlılara nəzərən daha şiddətli və ölümcül olur.Səbəbi isə həddindən artıq sterss, energetik içki, steroid dərman qəbulu, sildinofil tərkibli cinsi istək artırıcı dərmanlar, narkotik vasitələrin qəbulu.Və ən başlıca digər səbəblərdən zamanında müayinə olunmamalarıdır.Əslində müxtəlif əlamətlərlə özünü biruzə verir ürək xəstəlikıəri amma ciddi yanaşılmır.Və ən başlıcası ailədə ürək xəstəlikləri, qəfləti ölüm halları olanlar daha çox diqqətli olmalıdır çünki risq qrupuna daxildirlər.

- Ən təhlükəli ürək xəstəliyi hansıdır?

- Ən təhlükəli ürək xəstəliyi deyildikdə ağıllara ilkin olaraq Ürək infarktı gəlir.Amma infarktın baş verməsinə səbəb olan daha təhlükəli xəstəliklər var. Məsələn “səssiz qatil” kimi bilinən yüksək təzyiq xəstəliyi və ürək ritm pozulmaları yəni aritmiyalar.

Yüksək təzyiq xəstəliyi adətən illərlə heç bir əlamət vermədən irəliləyir və bu müddətdə ürək, beyin, böyrəklər və gözlərə ciddi ziyan vurur.

Və ya daimi aritmik döyünən ürək zamanla gücdən düşür və tromb əmələ gəlmə baş verirki bu da infarkla nəticələnir.

-Kişilər qadınlara nisbətən daha çox ürək xəstəliyinə tutulur, qadınlar daha avantajlıdırlar?

- Bəli, qadınlar kişilərə nisbətən gənc yaşlarda ürək-damar xəstəliklərinə tutulmada müəyyən qədər daha avantajlıdırlar. Bunun əsas səbəbi qadın cinsiyyət hormonu olan esterogen və progesteronun ürək və damar sistemi üzərində qoruyucu təsir göstərməsidir.

Lakin bu avantaj menopauza dönəminə qədər keçərlidir. Penapauzadan sonra bu hormonların qadın orqanizmində səviyyəsi azalır və qoruyuculuq təsiridə itir. Qadınların ürək-damar xəstəliklərinə tutulma riski kişilərlə bərabərləşir, hətta bəzi hallarda daha şiddətli və ağır ola bilər.

Könül İbrahim
Musavat.com

19226cdc-17f5-476d-95be-648e89c56137.jpeg (233 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR