Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Sarovda ölkənin atom sənayesinin 80 illiyi münasibətilə tədbirdə iştirak edib və atom sahəsində çalışanları təbrik edib.
Musavat.com xəbər verir ki, Putin bildirib ki, Rusiyanın atom sənayesində təxminən yarım milyon insan fəaliyyət göstərir, bu isə sahənin əsl gücünü göstərir.
Dövlət başçısı vurğulayıb ki, Rusiya təhlükəsizliyi və suveren inkişafına görə atom sənayesinin veteranlarına borcludur. O, 2007-ci ildə yaradılan “Rosatom” dövlət korporasiyasının sahənin inkişafına böyük dinamika gətirdiyini qeyd edib.
Putin həmçinin bildirib ki, Rusiyada nüvə energetikası sahəsində yeni həllər hazırlanır, bu da sənayenin potensialını çoxsaylı artırmağa imkan verəcək. Dövlət başçısı əlavə edib ki, Rusiya atom sahəsində böyük məqsədlər qoymalı və bütün sivilizasiyanın inkişafına keyfiyyətli töhfə verməlidır.
Musavat.com
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ