Onlayn ictimai-siyasi qəzet
Bayden Ağ Evdə təşkil edilmiş mətbuat konfransında gündəmdə olan məsələlərlə bağlı sualları cavablandırıb. Ukraynanın Xerson bölgəsindən rus qoşunlarının çıxarılması mövzusuna toxunan Bayden qəfildən 2004-cü ildə baş vermiş hadisələrə qayıdıb və sözlərinə davam edib.
Musavat.com xəbər verir ki, jurnalistlərin Ukraynanın Rusiya ilə danışıqlara hazır olub-olmaması ilə bağlı sualını cavablandıran Bayden Fəllucədən geri çəkilməyin maraqlı olduğunu deyib.
Yaxın günlərdə 80 yaşını qeyd edəcək Baydenin Xersonu Fəllucə (İraq) olaraq təqdim etməsi ABŞ prezidentinin səhhəti ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Daha sonra Bayden deyib: "Rusiya və Ukrayna liderləri qışda nə edəcəklərinə və uzlaşmaya nail olub-olmayacaqlarına qərar verməzdən əvvəl yaralarını sağaldacaqlar. Bölgə yaxından izlənir".
Xatırladaq ki, keçən həftə seçki kampaniyalarında insulin dərmanının ixtiraçısı ilə iki dəfə görüşdüyünü deyən Co Bayden sosial mediada gülüş hədəfi olub.
Belə ki, insulinin ixtiraçısı Dr. Frederik Bantinq 1941-ci ildə, professor Con Ceyms Riçard Makleod isə 1935-ci ildə vəfat edib. Rəsmi məlumatlara görə, Co Bayden özü 20 noyabr 1942-ci ildə anadan olub.
Nigar Cəfərli,
Musavat.com
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ