İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölməmək üçün ildə 2 milyon dollar xərcləyir: Bryan Conson vücudundakı “maye qızılı” dəyişdirdi!  

 

Multimilyoner biyo-hacker Bryan Conson yaşlanmanın qarşısını almaq üçün inanılmaz və diqqətəlayiq addımlar atmağa davam edir.

Musavat.com xəbər verir ki, 47 yaşlı Conson gəncliyini geri qaytarmaq məqsədilə hər il təxminən 2 milyon dollar xərcləyir.

Onun budəfəki addımı isə daha da maraqlıdır:

“Toplu plazma dəyişimi” (TPE) vasitəsilə qanındakı plazmanı yenilədi.

Consonun məqsədi 18 yaşında olduğu bioloji vəziyyətə geri dönməkdir. O, vücudundakı “təbii olmayan çirkləndiriciləri” təmizləmək üçün plazmasını çıxardıb, əvəzində isə toxumaların böyüməsini təmin edən təbii albümin adlı protein əsaslı maddəni vücuduna yeridib. Mütəxəssislər bu prosesi insan bədənində yağın dəyişdirilməsinə bənzədirlər, çünki plazma tərkibində qırmızı və ağ qan hüceyrələri, trombositlər və infeksiyalarla mübarizədə kömək edən antikorlar ehtiva edir.

WhatsApp Image 2024-10-20 at 12.32.47 (2).jpeg (43 KB)

Sosial mediada paylaşım edən Conson, “TPE vücudumdakı bütün plazmanı çıxarır və yerinə albümin qoyur. Bu terapiyanın məqsədi, vücudumdakı toksinləri təmizləməkdir. Nəticələr artıq görünməyə başlayıb” deyə açıqlama verib. Consonun həkimi onun plazmasını “indiyə qədər gördüyü ən təmiz plazma” kimi xarakterizə edib.

Əvvəllər Conson daha bir maraqlı addım atmışdı: öz oğlunun qan plazmasını bədəninə enjekte etdirərək “dünyanın ilk çox nəsilli plazma dəyişimi” prosesinə qatılmışdı. Lakin bu metodun sübut olunmuş bir faydası olmadığı da bildirilir.


Bir il deyil, 19 ay: Johnson yaşlanma prosesini yavaşlatdığını iddia edir

Bryan Conson, yaşlanmanın təsirlərini gecikdirmək istiqamətindəki cəhdlərinin nəticə verdiyini və öz bədənində “0,64-lük şəxsi ən yaxşı” yaşlanma nisbətinə çatdığını iddia edir. O, zarafatla “Artıq hər 19 ayda bir doğum günümü qeyd edirəm” deyə açıqlama verib. Conson, daha əvvəl verdiyi açıqlamalarda da ən effektiv metodların sadə üsullar olduğunu vurğulamışdı – yaxşı yuxu, sağlam qidalanma və müntəzəm fiziki fəaliyyət onun üçün yaşlanma prosesini yavaşlatmanın əsas açarlarıdır.

Bu qeyri-adi biyo-hackerin öz bioloji yaşını geri çevirmə cəhdləri elm və texnologiya dünyasında böyük maraq doğurur. Onun təcrübələri gələcəkdə insan yaşlanmasının yavaşladılması sahəsində daha böyük addımların atılmasına təkan verə bilər.

Mənbə: ntv.com.tr

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR