Onlayn ictimai-siyasi qəzet
"Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi".
Bunu "Report"a açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Zelim Kotsoev deyib.
Azərbaycan yığmasının üzvü bu qələbəyə görə hədsiz dərəcədə sevincli olduğunu bildirib:
"Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi. Bu işdə hər kəsin zəhməti var. Həm Azərbaycan Cüdo Federasiyası, həm də məşqçilərimiz çox çalışdılar. Bu gün səhər yuxudan oyananda özümü çox gümrah hiss edirdim. Qızıl medal qazanmağımda Hidayət Heydərovun rolu az olmadı. Onun uğurları məni qələbəyə köklədi. Hidayət bütün gün zalda mənimlə bərabər olub, öz dəstəyini göstərib. Final görüşünün sonlarında məğlubiyyətlə barışmaq istəmirdim. Çalışırdım ki, rəqib idmançı səhvə yol versin və bu baş verdi".
Qeyd edək ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev finalda gürcüstanlı İlya Sulamanidzeyə qalib gələrək olimpiya çempionu olub.
@@TVmusavat/92041@@
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ