Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Mersin vilayətində 47 yaşlı müəllim Dərya Dəmiri öldürən sevgilisi həbs olunub.
Musavat.com xəbər verir ki, qatil qadının ondan ayrılmaq istəməsindən sonra qətli törətdiyini etiraf edib.
"Qorxutmaq üçün bıçağı ona tərəf tutdum. Dərya mənə bıçaqdan qorxmuram dedi. Bıçağı Dəryanın çiyninə sancmaq istədim, lakin Dərya qəfil qorxaraq çevrildi. Bıçaq onun boynuna sancıldı və yerə yıxıldı",-deyə Dərya Dəmirin sevgilisi bildirib.
Əldə edilən məlumata görə, iki uşaq anası, riyaziyyat müəllimi olan 47 yaşlı Dərya Dəmirin ailəsi ondan 6 gündür ki, xəbər ala bilmirdi. 6 gündür axtarışlara baxmayaraq tapıla bilməyən D.Dəmirin meyiti dünən həmin ərazidəki atasının evi ilə üzbəüz bağçada tapılıb.
Jandarma və prokurorun araşdırmasından sonra qadının cəsədi əvvəlcə rayon dövlət xəstəxanasına, sonra isə ekspertiza üçün Mersin Ədliyyə Tibb Qurumuna göndərilib.
Ekspertiza zamanı qadının boğazından iki bıçaq zərbəsi vurularaq öldürüldüyü müəyyən edilib. Jandarma tərəfindən Konyada keçirilən əməliyyatda yaxalanan şübhəli Murad.O. Mersinin Erdemli rayonuna gətirilib.
Qatil məhkəmədəki çıxışı zamanı bildirib ki, Dəryanın bocu olduğu üçün ölümündən iki gün əvvəl maaş kartını ona verib.
“Bu kartla qaldığım hostel üçün 10 min 400 TL ödəmişəm. Hadisədən sonra da 2 gün oteldə qalmışam. Bu müddət ərzində Dəryanın mənə verdiyi kartdan istifadə etmişəm. Sonra Konyaya qayıtdım. Dəryanı sevirdim və onunla evlənmək istəyirdim. Mən belə bir şeyin olmasını istəməzdim. Mənim qətiyyən öldürmək fikrim yox idi. Onu sadəcə qorxutmaq istəyirdim",-deyə M.O. bildirib.
Məhkəmədəki çıxışı bitən şübhəli hakimin qərarı ilə həbs edilərək həbsxanaya göndərilib.
Digər tərəfdən Dərya müəllimin cənazəsi bu gün Karaman vilayətində torpağa tapşırılıb.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ