İnsanlara hürriyət, millətlərə istiqlal!

Olaf Şolts: “Putinlə dialoqdan imtina böyük səhvdir”

“Rusiya hazırkı prezidenti Vladimir Putinin rəhbərliyi altında fəlakətli yoldadır”.

Musavat.com xəbər verir ki, bu sözlərin müəllifi Almaniya kansleri Olaf Şoltsdur.

“Putin Ukraynaya qarşı ən iyrənc cinayətləri əmr edir və eyni zamanda öz ölkəsini fəlakətli, sürüşkən yola itələyir”, - deyə Şolts bildirib.

Onun sözlərinə görə, Rusiya lideri mülki şəxslərə, uşaqlara, qadınlara raket atmaqla nəinki beynəlxalq hüququ ciddi şəkildə pozur, eyni zamanda ağlasığmaz mənəvi uçuruma yol açır. Almaniya kansleri bir daha Ukraynanın bu münaqişədə uduzan tərəf olmamalı olduğunu vurğulayıb, həmçinin Rusiya ordusunu geri çəkməyincə ölkəsinin rəsmi Kiyevə yardım göstərməyə hazır olduğuna əmin edib.

Bununla yanaşı, Şolts Putinlə dialoqdan tamamilə imtinanın böyük səhv olduğunu söyləyib və danışıqları bərpa etməyin vacibliyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR