İnsanlara hürriyət, millətlərə istiqlal!

Oktyabrın 1-dən paytaxtda taksilər işləməyəcək? –AÇIQLAMA  

 

Son günlər sosial şəbəkələrdə və bəzi xəbər saytlarında oktyabrın 1-dən etibarən paytaxtda taksilərin işləməyəcəyi, bununla bağlı mövcud elektron proqramların bağlanacağı bildirilir. İddia olunur ki, oktyabrın 1-dən etibarən bütün taksi sürücüləri proqramın bağlandığını görəcəklər.

“Səhər yerindən durub taksi sifariş edənlər də proqramın işləmədiyinə şahid olacaqlar. Axşama doğru işdən çıxan müştərilər taksi tapa bilmədiyi üçün kütləvi şəkildə metroya, avtobus dayanacaqlarına doğru hücum çəkəcəklər. Şəhərin yükü normalda 2 saata bitirdisə, indi 4 saat çəkəcək”,- deyə bildirilir.

Bəs görəsən, bu iddiaların hər hansı əsası varmı? Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, sosial şəbəkələrdə qızğın müzakirələr gedir:

“Amma bunlar sadəcə şayiədir. Birincisi, oktyabrın 1-i iş günü deyil ki, insanlar küçələrdə qalsınlar. Ümumiyyətlə, vaxtilə taksi sahəsində özbaşınalıq, hərc-mərclik var idi. Artıq qanunlar dəyişdirilib. Müəyyən tələblər irəli sürülüb. Reqlament tərtib olunub. Bu qaydalardan sonra taksi fəaliyyətində vəziyyət yaxşılaşacaq. Ən azı biz keyfiyyətli və təhlükəsiz taksidən istifadə edəcəyik. Belə şayiələrə biz çox da fikir verməməliyik. Əsas məqsədə doğru getməliyik”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR