İnsanlara hürriyət, millətlərə istiqlal!

Ohanyanın cinayət işi ilə bağlı maraqlı gəlişmə

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı “Dzoraget” işi üzrə cinayət təqibinə bəraət hökmü əsasında xitam verilib.

Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, bu barədə vəkil Karen Mezlumyan öz feysbuk səhifəsində məlumat verib.

“Prokuror A.Muradyanın 10 avqust 2023-cü il tarixli qərarına əsasən, Seyran Ohanyana qarşı cinayət təqibinə onun barəsində irəli sürülən əməli törətmədiyi əsas gətirilərək xitam verilib. Yeri gəlmişkən, elə həmin prokuror hələ 2021-ci ilin mayında müstəntiqin hazırladığı ittiham aktını təsdiqləməmişdi”, - Mezlumyan qeyd edib.

Qeyd edək ki, söhbət “Dzora SES” QSC-nin özgəninkiləşdirilməsi prosesində “vəzifə səlahiyyətlərindən sui-istifadə” faktı ilə bağlı hələ 2020-ci ildə başlanmış cinayət işindən gedir. Bu iş üzrə Seyran Ohanyan, Robert Nazaryan və onun müavini Nikolay Qriqoryan, Şiraz Kirakosyan, Muşeq Koşetsyan və başqaları ittiham olunublar. Müstəntiqlərin məlumatına görə, 2010-cu ildə müdafiə naziri Seyran Ohanyanın imzaladığı hökumətin məxfi qərarı ilə bir sıra qanunları pozaraq “Dzora SES” QSC-nin 4 milyard 646 milyon 400 min dram (təxminən 9 milyon dollar) dəyərində səhm paketi 3 milyard 600 milyon dram (7 milyon dollar) müqabilində “Dzoraget Hydro” MMC-yə verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR