İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğrudan polislərə ŞOK təbrik: "Əlinizi öpüb..." - VİDEO 

Türkiyənin Qaziantep şəhərində maraqlı hadisə baş verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, avtomobildən oğurluq edən şübhəli onu cinayət başında tutan polis və mühafizəçilərin bayramını təbrik edib.

Şübhəlinin əlləri qandallanarkən "Kaş əlinizi öpüb bayramınızı təbrik etsəydim. Yollarınıza qurban olum, sizi çox sevirəm" - deməsi isə diqqət çəkib.

17 cinayətdə əli olan şübhəli şəxs nəzarətə götürülüb və barəsində cinayət işi başladılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR