Onlayn ictimai-siyasi qəzet
Müğənni Elçin Cəfərov özünə ad günü edib. Bir çox şou-biznes nümayəndəsinin iştirak etdiyi tədbir paytaxt restoranlarının birində baş tutub. Populyar simalar Elçinin xoş günündə yanında olmaq üçün partiyə təşrif buyurub.
40 yaşını dostları ilə qeyd edən Elçini oğlu Canın təbrik videosu kövrəldib.
Məclisdə OLAY-ın kamerası qarşısına keçən Cəfərov təəssüratlarını bölüşüb:
“Oğlumun təbriki məni məhv etdi. Həssas məqamlar var ki, insanı həm xoşbəxt edir, həm kövrəldir. Qəribə hissdir. Onu necə sözlə ifadə etmək olar? Ancaq sakit dayanıb üz cizgiləri ilə bəlli edə bilərik. Oktyabrın 18-i ad günümü ailəmlə qeyd edəcəyəm. Hansı ki, dostlarım da var, gözləyirlər. Deyəsən, 40 yaşın məclisi 40 gün 40 gecə davam edəcək. Yəqin ki, bu xoşbəxtliyi yaşamaq üçün nələrisə vermişəm. Bu gün də dostlarım, ən yaxınlarım gəlib. Kimisə unutmuşamsa, üzr istəyirəm. Xətrlərini istədiyim adamlar buradadır. Məclisdə hamı rahatdır. Bir çərçivə qoyulmayıb. Proqram qurulmayıb ki, müğənnilər hansısa saatda oxusunlar. Bu gün hamı istirahət etməyə gəlib. Çünki mən istirahət etmək istəyirəm. Bir balaca konsert verdik, 20 dəqiqə oxuduq. Ürəyimi boşaltdım, dostlarım alqışladılar, yanımda oldular. Hələ heç kim getməyib, hamı buradadır və əylənir. Haradasa 80 nəfər dəvət etmişdik, hamısı gəldi”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ