Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkilərdə qalib gəldikdən sonra Avropanın bir sıra dövlət başçıları ilə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, məlumatı "The Washington Post" (WP) yayıb.
Bildirilir ki, Tramp Avropa liderlərindən Rusiya prezidenti Vladimir Putin, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin "qələbə planı" haqqında fikirlərini soruşub. Qəzetin yazdığına görə, oxşar söhbətlər Fransa, Polşa, Danimarka, Çexiya və digər Avropa ölkələrinin rəhbərləri ilə də olub.
Nəşrlə danışan yüksək rütbəli alman məmurlarından biri danışıqların "gözləniləndən daha səmimi" olduğunu deyib:
"Tramp daha çox dinləyici rejimində idi - yaxşı hazırlaşmışdı və rabitəli danışırdı".
Bundan əvvəl alman rəsmisi "The Washington Post" qəzetinə müsahibəsində bildirmişdi ki, Tramp Ukrayna problemini elə həll etməlidir ki, yenidəm alovlanmasın. Onun sözlərinə görə, istənilən uğurlu sülh sazişinin şərti münaqişənin təkrarlanmasının mümkünsüzlüyü olmalıdır, çünki "Ukraynanın təhlükəsizliyi qorunacaq".
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ