Onlayn ictimai-siyasi qəzet
Futbolda ofsayd qaydası 2025-ci ildə dəyişə bilər.
Bu barədə "Marca" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) artıq FİFA-da futbolun inkişafı şöbəsinin rəhbəri postunda çalışan Arsen Vengerin təklif etdiyi bu yeniliyi sınaqdan keçirir. Yeni qaydalara əsasən, hücumçu müdafiəçinin qarşısında indiki kimi təkcə bir hissəsi ilə deyil, bütün bədəni ilə olarsa, ofsayd hesab olunacaq.
Artıq bu qaydanın 2023-cü ilin noyabrından İsveç və İtaliyada gənclər arasında keçirilən turnirlərdə sınaqların keçirilməsinə başlanılıb. IFAB 2025-ci ilin fevralından gec olmayaraq məlumat toplamaq və yenilikləri təhlil etməyi başa çatdıracaq. (Publika.az)
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ