İnsanlara hürriyət, millətlərə istiqlal!

Odessa və Nikolayev raket hücumuna məruz qalıb

Mayın 16-da səhər saatlarında Odessa vilayətinə raket zərbəsi endirilib. Hücum nəticəsində üç nəfər, o cümlədən bir uşaq ağır yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Odessa Şəhər Şurası teleqram səhifəsində məlumat yayıb.

“Cənub” əməliyyat-taktiki qrupu Odessaya raket hücumu nəticəsində turizm infrastrukturunun obyektinə ziyan dəydiyini, binaların dağıldığını, yanğının baş verdiyini bildirib.

Hadisə yerində xilasedicilər və əməliyyat qrupu işləyir.

Bu gün, eyni zamanda, Nikolayev şəhəri atəşə məruz qalıb. Bu barədə isə Ukraynanın Fövqəladə Hallar üzrə Xidmət məlumat yayıb.

Qeyd olunur ki, Nikolayevdə səhər atəşi nəticəsində dörd yanğın baş verib. O cümlədən mebel mağazasında yanğın olub, avtomobil yanıb, yaşayış binalarının şüşələri və aşağı təzyiqli qaz xətti zədələnib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR