İnsanlara hürriyət, millətlərə istiqlal!

Odessa! Azərbaycanlıların "Çinar" restoranı əhaliyə pulsuz yemək paylayır

Odessada azərbaycanlıların "Çinar" restoranı əhaliyə pulsuz yemək paylayıb.

Musavat.com xəbər verir ki, 16 mart 2022-ci il tarixində Odessada fəaliyyət göstərən "Çinar" restoranı şəhər sakinləri üçün pulsuz yemək aksiyası təşkil edib.

Belə ki, azərbaycanlılara məxsus "Çinar" restoranı ehtiyacı olan hər kəsə, təqaüdçülər və hərbçilər öncəlik təşkil etməklə, pulsuz qida paylayıb. Aksiya şəhər sakinləri tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.

Odessada fəaliyyət göstərən "Birlik" təşkilatının sədr müavini Anar Natiqoğlu Musavat.com-a bildirib ki, bu restoranın sahibi göyçaylı İbrahim deyilən azərbaycanlıdır. A.Natiqoğlu onu da qeyd edib ki o, tez-tez bu cür xeyriyyə aksiyaları təşkil edir. Sabahdan etibarən isə, Odessanı qoruyan həbrçilərin postlarına qida təminatı həyata keçiriləcək.

Aksiyadan foto və video görüntüləri təqdim edirik.

1-1.jpg (137 KB)

2-1.jpg (92 KB)

3-1.jpg (114 KB)

 bfd67971-a87e-4fe8-b9ac-3f95808d3813.jpg (71 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR