Onlayn ictimai-siyasi qəzet
Bu şəkil bir neçə gün öncə Albaniyada Avropa dövlətlərinin başçılarının iştirakı ilə keçirilən “Yeni dünyada yeni Avropa: Birlik – Əməkdaşlıq – Birgə fəaliyyət” sammitində çəkilib.
Şəkildə ön planda görünən üç simanı və bir ənsəni tanıyırsınız. Üzləri profildən görünən Azərbaycanın dövlət başçısı İlham Əliyev və Fransı lideri Emmanuel Makron, üzü obyektivə anfasdan düşən Macarıstanın lideri Viktor Orban, yalnız ənsəsi görünən isə Ermənistanın baş naziri Nikol Paşinyandır.
Bu şəkli 2+2 formatı da adlnadırmaq olar. Çünki Paşinyan Makronla, Əliyev isə Orbanla dost-müttəfiqdir.
Ancaq şəkildəki mühit elədir ki, burada tərəf-tərəf söhbəti getmədiyi anlaşılır. Hətta söhbətin pozitiv planda olduğu sezilir.
Əliyevlə Paşinyanın Tirana sammitindəki digər foto və videolarında köhnə düşmənçiyin buz soyuqluğu müşahidə olunmadığı kimi, bu şəkildə də gərginlik yoxdur.
Bu foto ona ümid yaradır ki, Ermənistan-Azərbaycan düşmənçiliyi yeni, çözülmə mərhələsinə qədəm qoymaqdadır.
Müharibə artıq geridə qalıb, nəticəsi necə olmalıydısa, elə olub, haqqı olan haqqını geri alıb, haqsız olan iddiasının yersiz olduğunu və gücünün əmsalını anlayıb.
İndi qarşıda duran vəzifə odur ki, liderlər bu cür sammitlərdə görüşüb, anlaşsınlar, bundan sonra yeni müharibənin olmasına imkan verməsinlər.
Azərbaycan liderinin əl jestindən, Makronu göstərərək Paşinyana nəsə deməsindən, özü açıb deməyincə, bir şey anlamaq çətindir. Amma belə güman etmək olar ki, o, Paşinyana Fransanın himayədarlığını xatırladır.
Viktor Orbanının duruşundan isə “həmişə yanındayam” jesti yağır.
Əsas məsələ odur ki, belə ortamlarda tək və diligödək deyilik, özümüzü situasiyanın həmsahibi kimi apara bilirik.
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ