İnsanlara hürriyət, millətlərə istiqlal!

NYT: DOGE ABŞ büdcə xərclərinin azaldılmasında uğurları şişirdir

İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyinin Artırılması İdarəsi (DOGE), büdcə xərclərinin azaldılmasından əldə edilən iqtisadi effekti qəsdən şişirdir, dövlət vəsaitlərinin qənaətində real uğurlar daha azdır.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə və öz hesablamalarına istinadən yazıb.

Nəşr qeyd edib ki, əvvəlcə Mask 2026-cı maliyyə ilində (ABŞ-də 28 sentyabr 2025-ci ildə başlayır) xərclərin 1 trilyon dollar azaldılmasına nail olacağını vəd etmişdi. Lakin keçən həftə o, daha təvazökar planlar və eyni müddətdə dövlət xərclərini 150 milyard dollar azaltmaq vəzifəsi barədə bəyan edib.

Qəzetin məlumatına görə, DOGE-nin hazırda elan etdiyi qənaət rəqəmləri şişirdilmiş və çoxsaylı xətalar və qeyri-dəqiqliklər ehtiva edir. Siyahıya növbəti maliyyə ilində iqtisadi effekt verməyəcək xərclərin azaldılması, hökumətin əslində bağlamağı planlaşdırmadığı müqavilələrin ləğvi, büdcə xərclərinin bu və ya digər maddələrinin dəyərinin şişirdilməsi və s. daxil edilir.

Xüsusilə ləğv edilmiş dövlət müqavilələri hesabına qənaəti göstərərkən, DOGE adətən real faktiki dəyərdən daha yüksək olan ilkin maksimum müqavilə qiymətindən istifadə edir. NYT-nin vurğuladığı kimi, söhbət milyardlarla dollar məbləğində xətalardan gedir.

Donald Trampın ABŞ Prezidenti vəzifəsinə başlamasından dərhal sonra DOGE ABŞ büdcəsindən xərclərin geniş miqyaslı yoxlanılmasına başladı. Faktiki olaraq Maskın təşəbbüsü ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti gələcək yenidən təşkili məqsədilə müvəqqəti olaraq dayandırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR