İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nüvə müharibəsi riski artır...” - Kim Çen In

“ABŞ, Yaponiya və Cənubi Koreyanın qarşıdurma yaradan hərəkətləri Koreya yarımadası regionunda sabitliyi pozur və nüvə müharibəsi riskini artırır”.

Sfera.az TASS-a istinadən xəbər verir ki, KXDR lideri Kim Çen In Şimali Koreya Hərbi Dəniz Qüvvələri komandanlığına səfəri zamanı deyib.

"Bir müddət əvvəl ABŞ, Yaponiya və Cənubi Koreyadan olan rəsmilər toplaşaraq müxtəlif hərbi təlimlər keçirəcəklərini bəyan etdilər. ABŞ də daxil olmaqla düşmən qüvvələrin ehtiyatsız qarşıdurma manevrləri səbəbindən Koreya yarımadasının ətrafındakı sular dünyada hərbi maşınların ən çox cəmləşdiyi əraziyə və nüvə müharibəsi riskinin böyüdüyü qeyri-sabit sulara çevrildi”, - deyə o, qeyd edib.

“Mövcud vəziyyət tələb edir ki, Hərbi Dəniz Qüvvələrimiz daimi döyüş hazırlığında olsun, gözlənilməz hallar zamanı düşmənin iradəsini darmadağın etməyə hazır olmaq üçün bütün səyləri göstərsin”, - Şimali Koreya lideri əlavə edib.

Xatırladaq ki, avqustun ortalarında ABŞ Prezidenti Co Bayden, Yaponiyanın Baş naziri Fumio Kişida və Cənubi Koreya Prezidenti Yoon Suk-Yeol Vaşinqton yaxınlığındakı Kemp-Deviddə üçtərəfli sammit keçiriblər. Sammit zamanı hərbi əməkdaşlığı gücləndirmək məqsədilə hər il birgə təlimlərin keçirilməsi barədə razılığa gəliblər. İyul ayında ABŞ və Cənubi Koreya da ABŞ-nin nüvə sualtı qayığının iştirakı ilə təlimlər keçirib. Bundan əlavə, nüvə silahı daşıyan "USS Kentucky" strateji sualtı gəmisi Cənubi Koreyanın Busan limanına səfər edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR