İnsanlara hürriyət, millətlərə istiqlal!

Nürnberq məhkəməsindən qaçan məşhur nasistlər - "Mossad" onları Eyxman kimi ovlaya bilməyib

Nürnberq beynəlxalq hərbi tribunalı xeyli sayda nasist cinayətkarını mühakimə edib. Bəziləri məhkəmənin başlamasına qədər yaşamayıb, bəziləri isə nisbətən yüngül cəzalar alıblar. Amma Nürnberq hakimlərinin əlindən qaçmağı bacaran nasistlər də olub.

Yozef Mengele

a3451255-50b4-45c1-af12-d799b8a83d20.jpg (70 KB)

Faşist Almaniyasında tibb alimi kimi xidmət edən Yozef insanlar üzərində qəddar təcrübələr aparıb, eləcə də qaz kamerasında öldürülən qurbanların seçilməsində iştirak etmiş həkimlər qrupunun üzvü olub. Mengele bir gecədə təcrübələrinə görə on dörd əkizi öldürüb. II dünya müharibəsindən sonra o, Almaniyada gizlənə bilib.

Nürnberq məhkəməsindən sonra faşistlərin axtarışlarının davam etdiyini anlayan Yozef dərhal ölkəni tərk edərək Cənubi Amerikaya qaçıb. Orada bir müddət xüsusi xidmət orqanlarının gözündən itə bilib. İsrail kəşfiyyatçıları fəal şəkildə onun axtarıblar. Mengele Eyxmanın həbsindən sonra Argentinadan Braziliyaya köçüb. “Mossad”ın axtarışları isə nəticə verməyib.

O, 1979-cu ildə 67 yaşında vəfat edib. Məlum olub ki, nasist okeanda çimərkən insult keçirib. Yalnız 1992-ci ildə çoxsaylı müayinələrdən sonra 1979-cu ildə dünyasını dəyişən şəxsin həqiqətən də gizlənən Yozef Mengele olduğu rəsmən təsdiqlənib.

Alois Brunner

f028990e-9f2a-45bb-b026-cf4f34434393.jpg (70 KB)

SS-də xidmət edən Brunner Adolf Eyxmanın sadiq yoldaşı və köməkçisi olub. O, “yəhudi şöbəsi”ndə işləyib və hauptsturmfürer (SS-də xüsusi rütbə) rütbəsinə yüksəlib. Alois konsentrasiya düşərgəsinin məhbusları üçün qaz sobalarının kütləvi istehsalının təşəbbüskarı olub.

1945-ci ildə Brunner saxta pasportdan istifadə edərək Münhenə köçərək sürücü işləyib. Nürnberq tribunalından sonra anlayıb ki, mühakimə edilmək sırası ona da gəlib çıxacaq və həbs olunmaqdan qorxaraq Avropa qitəsindən gedib.

Araşdırma zamanı məlum olub ki, nasist Suriyadadır və ölkənin kəşfiyyat xidmətləri ilə sıx əməkdaşlıq edir. “Mossad” bütün qüvvələrini faşistin öldürülməsi üçün səfərbər edib. Brunnerə içərisində partlayıcı maddələr olan bağlamalar göndərilib.

Lakin o, ciddi xəsarətlər alsa da, sağ qalıb. Onun 1990-cı illərdə öldüyünü iddia edən mənbələr var. Amma alman jurnalistlər hesab edir ki, nasist 2001-ci ilə qədər Dəməşqdə yaşayıb. Digər məlumatlara görə, o, 2010-cu ildə 98 yaşında vəfat edib.

Henrix Müller

55e82859-58b0-423e-a246-b33e5aa73dce.jpg (48 KB)

Henrix Müller nasist Almaniyasında mühafizə idarəsində məsul şəxs olub və 1939-cu ilin sentyabrında müxalifətçilərin qətlə yetirilməsi barədə göstəriş verib. Hətta Adolf Eyxmanın rəhbəri olduğu “Yəhudi” şöbəsi də Müllerin nəzarətində olub.

Nürnberqdə mühakimə edilməyən Henrixin 1945-ci ilin mayında Berlini tərk etdiyi ehtimal edilir. Reyxin ən sirli simalarından birinin ölümü barədə dəqiq məlumat yoxdur. Nürnberq məhkəməsində onun ölümünə dair sübutlar təqdim edilib.

Lakin illər keçdikcə bu sübutlar dəfələrlə şübhə altına alınıb. Onun SSRİ və ya ABŞ kəşfiyyatı ilə əməkdaşlıq etdiyi də ehtimal edilib. Bu və ya digər şəkildə tarixçilər onun rəsmi ölüm tarixini 1945-ci il mayın 1-i və ya 2-si hesab ediblər.

Valter Şellenberq

7dade2cd-55a8-478c-9494-ced5f5b1b911.jpg (84 KB)

Nasist Valter Şellenberq Reyxin xarici kəşfiyyat xidmətinə rəhbərlik edib və müharibədən sonra İsveçdə gizlənib. Amma sonda həbs edilərək məhkəməyə gətirilib. Hakimlər ona qarşı irəli sürülən ittihamların, demək olar ki, hamısını ləğv ediblər. Nürnberq tribunalı onu cəmi 6 il həbs cəzasına məhkum edib.
Səhhətinin pis olması barədə məlumat beynəlxalq məhkəməyə təqdim edilib və bu səbəbdən nasist vaxtından əvvəl azad edilib. O, 42 yaşında İtaliyada ölüb. Hətta onun dəfn xərclərini moda aləminin məşhuru Koko Şanel qarşılayıb.

Aribet Haym

354076fe-e312-4ef8-a3d5-cfab1526edee.jpg (114 KB)


O, 17 yaşında nasist hökumətinə xidmət etməyə başlayıb. Həmkarı Mengele kimi canlı insanlar üzərində amansız tibbi təcrübələr aparıb. Müharibədən sonra cəllad düşərgədə nisbətən qısa müddət işlədiyi üçün məhkəmədən yayına bilib və 1947-ci ildə cinayət təqibindən azad edilib.

1960-ci illərdə uzun illər ginekoloq kimi işləyən Haym yenidən hərbi cinayətlərdə ittiham olunub.

Bundan xəbər tutan alman tez-tələsik Almaniyanı tərk edərək Misirə köçüb və müsəlman olub. Onun 1992-ci ildə öldüyü deyilir. Haymın işi yalnız 2012-ci ildə bağlanıb. Məhkəmə 1992-ci ildə ölən Tariq Fərid Hüseynin nasist Aribet Haym olduğunu təsdiqləyib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR