Onlayn ictimai-siyasi qəzet
Tanınmış yazar, alim Nuridə Atəşi sosial şəbəkədə Xalq artisti, bəstəkar Faiq Sücəddinova qarşı ittihamlar səsləndirib.
Musavat.com bildirir ki, yazar "Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi məşhur mahnıların sözlərinin müəllifi olsa da, bu günə qədər heç bir qonorar ala bilmədiyini deyib:
"1993-cü illər. Həyat yoldaşım Qarabağda döyüşür. Uşaqlarıma çörək belə alacaq pulum yoxdur. Qızıl qəfəsdə məhbəs həyatı yaşayıram. Xəstə qızıma ölüm hökmü oxunub. Faiq Sucəddinov “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi çoxlu sayda hit olacaq, sözlərimə yazdığı mahnıları dollarla İlhamə Quliyevaya və müxtəlif müğənnilərə satır, ölkədə məşhur edir, uşaqlarıma bir çörək pulu belə mənə vermirdi. Bu günə qədər verilişlərə belə məni dəvət etmək istəyən aparıcılara ”Nuridəni çağırma” deyir. Üzümə hansı üzlə çıxacaq, birdən xalqın qarşısında rəzil edərəm deyə. Nə qazandı sizcə, paradan başqa, dostlar? Sadəcə “Neylərsən” mahnısının sözləri ilə xalqımın ürəyində əbədi taxt qurmadımmı? Kim yıxa biləcək bu taxtı? O qədər açacağım faktlar var ki... "
Xalidə Gəray
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ