İnsanlara hürriyət, millətlərə istiqlal!

Nurəddin Mehdixanlı: "Fazil Mustafaya qarşı törədilən bu aktın adı terrordur!"

"Bu terror aktı, bir millət vəkilinə qarşıdırsa, bu millətimizə qarşı terrordur! Ölkəmizə, xalqımıza qarşı terrordur!"

Musavat.com bildirir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı sosial şəbəkədə yazıb. Xalq artisti bu terrorda İran rejiminin izi olmasına söz vuraraq, qeyd edib:

"Bu, idrakı sönüklərin, fərqli fikrə düşmən olanların, millətimizə və dövlətimizə düşmən olanların, alçaqlığından, acizliyindən yaranan hikkənin, dövlətçiliyimizə, millətimizə divar arxasından çaqqalcasına meydan oxumalarıdır!

Ey Bişərəflər! Erməni qardaşlarınızın aqibəti göz qabağındadır! Siz bişərəflərin aqibəti, onladan da pis olacaq! Kimsə, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan dövlətinə meydan oxuya bilməz! Yeriniz cəhənnəm olacaq!"

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR