İnsanlara hürriyət, millətlərə istiqlal!

Nura Suridən Zelenskiyə sərt tənqid: "Aktyor səhnədə olmalıdır, müharibədə yox"

Müğənni Nura Suri Ukrayna prezidenti Vladimir Zelenski haqqında sərt fikirlər səsləndirib. O, Zelenskinin siyasətdə uğursuz olduğunu vurğulayıb:

"Bir ölkənin prezidenti həm siyasəti, həm də iqtisadiyyatı bilməlidir. Əgər hakimiyyətə gəldiyi gündən ölkəsinə müharibədən başqa heç nə gətirməyibsə, vətəndaşları qaçqın kimi başqa ölkələrə üz tutubsa və iqtisadiyyat çökübsə, deməli, o, nəyisə düzgün etmir."

Musavat.com xəbər verir ki, müğənni Zelenskinin keçmişinə toxunaraq, onun aktyor olduğunu xatırladıb və əlavə edib:

"Hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar. Aktyorun yeri səhnədir, müharibə meydanı yox. Nəticə göz qabağındadır — ölkəsi dağılıb, insanları didərgin düşüb. İndi də dövlətin yenidən çiçəklənməsi, məncə, 50 il çəkəcək."

Nura Suri hesab edir ki, prezident olmaq təkcə populyarlıq və ya gözəl nitqlə ölçülmür:

"Bir insan prezidentliyə namizədliyini irəli sürəndə düşünməlidir: gücü və ağlı müharibəni dayandırmağa və ya qalib gəlməyə çatırmı? Əgər hazır deyilsə, bu vəzifəyə gəlməməli idi. İndi isə sual budur — nəticə nə olacaq? O, qalib gələ biləcəkmi?"

WhatsApp Image 2025-03-01 at 07.59.08.jpeg (180 KB)

Müğənni liderlərin strateji düşüncələrinin, uzunmüddətli sülh və təhlükəsizliyi təmin etmələrinin vacibliyini vurğulayıb:

"Lider olmaq təkcə söz demək deyil, doğru qərarlar verməkdir. Müharibəyə girmək və ya onu dayandırmaq strateji baxış tələb edir. Güclü və uzaqgörən siyasətçi öz xalqını bu hala salmamalıdır."

Sonda Nura Suri fikirlərinin heç bir beynəlxalq tərəfi müdafiə etmədiyini qeyd edib:

"Burada nə rusun, nə amerikanın haqlı və ya haqsız olduğunu demirəm. Sadəcə, nəticəni gözləyək."

Qeyd edək ki, müğənninin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR