İnsanlara hürriyət, millətlərə istiqlal!

Nura Suridən QALMAQALLI açıqlama: "Adımızın qarşısında şou yox, toy-biznes yazılsın"  


Müğənni Nura Suri yerli sənətçilərin fəaliyyətini "şou-biznes" adlandırmağın yanlış olduğunu bildirib. O, sosial media hesabında paylaşım edərək bu sahəni "toy-biznes" adlandırmağı təklif edib.

Musavat.com-un məlumatına görə, sənətçi bu barədə belə yazıb:

"Təklif edirəm, hətta xahiş edirəm, "şou-biznes" sözünü yerli müğənnilərin adının yanında yazmayasınız. "Toy-biznes" yazın. Bizim müğənnilər, mən daxil ancaq toydan qazanır".

O, beynəlxalq ulduzlarla yerli müğənnilər arasında böyük fərqin olduğunu vurğulayıb:

"Şounu Ledi Gaga, Şakira, Benson Boone, JLo, Bruno Mars və sair kimi müğənnilər göstərir. Bizdə eyni səhnəni və trendi Xalq artistləri və bayağı adlandırdıqlarınız bölüşür. Sadəcə bəziləri daha baha qiymətə və daha çox tədbirə gedir, fərq ancaq bundadır. Heç bir şoudan və performansdan söhbət gedə bilməz".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR