İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüfuzlu nəşrlərin jurnalistləri OPEC+-ın Vyanadakı tədbirinə dəvət edilməyib

İyunun 4-də Vyanada keçiriləcək OPEC+ toplantısının təşkilatçıları "Reuters" və "Bloomberg", həmçinin "The Wall Street Journal"ın jurnalistlərinə dəvət göndərməkdən imtina ediblər.

Musavat.com xəbər verir ki, bu barədə çərşənbə günü Britaniyanın "Financial Times" (FT) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, hadisənin səbəbləri məlum deyil. OPEC və adı çəkilən nəşrlərin nümayəndələri ya FT-nin sorğularına cavab verməyibilər, ya da şərh verməkdən imtina ediblər. Eyni zamanda, qəzetin mənbəsi iddia edir ki, OPEK üçün qeyri-adi qərarın arxasında Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman Əl Səud dayanıb. FT-nin özü və bir sıra digər kommersiya nəşrləri həmin tədbiri işıqlandırmaq üçün dəvət alıblar.

Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib ki, bazar günü keçiriləcək iclasda OPEC+ ölkələri əvvəlki qərarların vektoruna sadiq qalaraq neft bazarı üçün nəyin daha yaxşı olduğunu müəyyən edəcəklər. Rusiya bu müzakirədə alyansdakı tərəfdaşları ilə birlikdə iştirak edəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR