Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən böyük banklarından biri olan JPMorgan Chase & Co-nun rəhbəri Jamie Dimon hesab edir ki, ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini 8 faizədək və ya daha çox artıra bilər.
Onun fikrincə, buna büdcə kəsiri və hərbi münaqişələr, həmçinin davamlı inflyasiya təzyiqləri səbəb ola bilər.
Bankın səhmdarlarına illik məktubunda o qeyd edir ki, inflyasiya amillərinə “fiskal xərclər, dünyanın remilitarizasiyası, qlobal ticarətin yenidən qurulması, yeni yaşıl iqtisadiyyatdan kapital ehtiyacı və sektorun infrastrukturuna lazımi sərmayənin olmaması səbəbindən enerji xərclərinin potensial artımı(baxmayaraq ki, qaz bazarında hazırda təklif bolluğudur, neft sənayesində çoxlu ehtiyat potensial mövcuddur) daxil ola bilər".
Dimon həmçinin bildirib ki, ABŞ iqtisadiyyatı üçün yumşaq eniş ehtimalı bazarın gözlədiyi 70-80 faizdən çox aşağıdır.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ