Onlayn ictimai-siyasi qəzet
2025-ci ildə Brent markalı neftin qiyməti 60 dollara qədər azalacaq.
Musavat.com xəbər verir ki, bu prqonozla Citi Research analitikləri çıxış ediblər. Onların fikrincə, buna bazarda təklifin tələbdən artıq olması gətirib çıxaracaq.
Ekspertlərin fikrincə, OPEC+ hasilat məhdudiyyətlərini indiki səviyyədə saxlasa belə, 2025-ci ildə neft bazarı sutkada təxminən 1 milyon barel artıq təkliflə üzləşəcək.
Citi icmalında bildirib ki, OPEC+ mövcud kvotaların yerinə yetirilməsinə diqqət yetirəcək: “Kursun dəyişdirilməsi, xüsusən istehsalın artırılması və daha da azaldılması ilə bağlı çətin qərarların qəbulundan qaçmağa çalışacaq, çünki hər iki variant ağrılıdır”.
Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində OPEC+ oktyabrda planlaşdırılan hasilat məhdudiyyətlərinin qismən qaldırılmasını dekabr ayına qədər təxirə salıb.
Citi analitiklərinin fikrincə, gələn il gündəlik 900 min bareldən az olacağı proqnozlaşdırılan neftə tələbat artımı OPEC-ə daxil olmayan ölkələrdən gözlənilən hasilat artımı ilə asanlıqla örtüləcək. OPEC+ hasilat məhdudiyyətlərini qaldırmağa başlasa, bazarda daha çox neft təklifi olacaq.
Citi ekspertləri Liviyadan neft tədarükünün itirilməsi, eləcə də Rusiyanın OPEC+ kvotalarına daha ciddi riayət etməsi səbəbindən Brent-in yaxın gələcəkdə 70 dollardan yuxarı ticarət ediləcəyini gözləyirlər.
Onlar həmçinin dördüncü rübdə Çində neftə tələbatın əvvəlki iki rübdə azaldığını nəzərə alsaq, bir il əvvəlkindən 300 min barel çox olacağını proqnozlaşdırırlar.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ