İnsanlara hürriyət, millətlərə istiqlal!

Noyabrın 10-dək... gözlər Xankəndi və Brüsseldə: Qabil Hüseynli ilə Natiq Cəfərli CANLI-da

Avqustun 31-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunan sayca dördüncü görüşü oldu.

Mişel görüşdən sonra yaydığı açıqlamada bildirib ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşıblar.

Noyabrda isə yenidən görüş olacaq. İrəlidə üç ay var. Həmçinin, 10 noyabr sənədinin həmin ayda iki ili tamam olacaq. O zamana qədər biz bölgədən separatçıları çıxarıb, “artsax”ı məhv edib sülh sazişi ilə bağlı prosesi sürətləndirə biləcəyikmi?

TVMusavat-ın canlı efirində aparıcı Emil Salamoğlunun “Həftə içi” layihəsində professor Qabil Hüseynli və REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Brüssel görüşünü, bölgədəki vəziyyəti müzakirə edirlər.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR