Onlayn ictimai-siyasi qəzet
Abşeronda evdən meyit tapılıb.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
"112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ