İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbəti dörd il üçün HƏDƏFLƏR: Trampın gəlişi NƏYİ DƏYİŞƏCƏK?

Ötən gün Vaşinqtonda ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın və vitse-prezident Ceyms Devid Vensin andiçmə mərasimi keçirilib.

Kapitoli binasında keçirilən inauqurasiya mərasimində ABŞ-nin keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bil Klinton da iştirak ediblər. Həmçinin amerikalı milyarderlər Mark Zukerberq, İlon Musk və Ceff Bezos da mərasimi izləyənlər arasında olublar.

Prezidentlik səlahiyyətləri rəsmən başa çatan Cozef Bayden isə ənənəyə uyğun olaraq, mərasimdən sonra ərazini helikopterlə tərk edib.

Növbəti dörd il üçün HƏDƏFLƏR: <span style=color:red>Trampın gəlişi NƏYİ DƏYİŞƏCƏK? - FOTO

İnauqurasiya nitqi söyləyən D.Tramp administrasiyasının növbəti dörd il üçün hədəflərini açıqlayıb. Yeni dövlət başçısı daha sonra prezident otağında bir sıra əsas sənədləri imzalayıb.

İnaqurasiya mərasimi ilə bağlı fikirlərini Medianews.az-a bölüşən politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ-nin yeni prezidenti ölkəsinin siyasi ənənələrini dağıtmaqda davam edir.

Növbəti dörd il üçün HƏDƏFLƏR: <span style=color:red>Trampın gəlişi NƏYİ DƏYİŞƏCƏK? - FOTO

Onun sözlərinə görə, D.Tramp eks-prezident C.Baydenin adını çəkmədən onun qərarlarını ciddi tənqid edib, gələcək hədəflərini açıqlayıb: “Bəlkə də ABŞ tarixində nadir andiçmə mərasimlərindən birini izlədik. Donald Tramp Amerikanın siyasi ənənələrini dağıtmaqda davam edir. Tramp andiçmə mərasimində arxasında oturan sabiq prezident Cozef Baydenin adını çəkmədən onun qərarlarını ciddi tənqid etdi. İndi çoxlarını düşündürən sual budur: Tramp verdiyi çoxsaylı vədlərin nə qədərini yerinə yetirə biləcək? Misal üçün, Ağ Evin yeni sahibi Panama dövlətini ərazisindəki kanalı ABŞ-yə təslim etməsini necə reallaşdıracaq? Panamaya təzyiq edəcək, yoxsa bu alınmadıqda ordunu oraya göndərəcək? Və ya andiçmə mərasimində Meksika körfəzini Amerika körfəzi adlandıracağını xatırlatdı. Artıq bu barədə sənəd də imzalayıb. Bunun Amerika üçün əhəmiyyəti nə qədərdir? Bu kimi bir çox suallar hələlik cavabsız qalır”.

Növbəti dörd il üçün HƏDƏFLƏR: <span style=color:red>Trampın gəlişi NƏYİ DƏYİŞƏCƏK? - FOTO

E.Şahinoğlu deyib ki, ABŞ-nin yeni prezidentini Ukraynanın və Avropanın taleyi maraqlandırmır: “Tramp andiçmə mərasimində xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi barədə danışmasa da, dünyadakı müharibələri bitirəcəyini vəd etdi. Trampı Ukraynanın və Avropanın taleyi maraqlandırmır. Tramp müşavirlərinə və dövlət katibinə Rusiya-Ukrayna müharibəsində ilkin mərhələdə atəşkəsə nail olmağı tapşıracaq. O, bunu xarici siyasətdə qələbəsi kimi təqdim edəcək. Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasimindən əvvəl Trampı prezident seçilməsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, Putin Trampla görüşməyə hazırdır. Putin sanksiyalardan qurtulmaq və Trampla Avropa dövlətləri arasında ixtilafı dərinləşdirmək üçün Ağ Evin yeni sahibinin atəşkəs tələbini qəbul edə bilər”.

Növbəti dörd il üçün HƏDƏFLƏR: <span style=color:red>Trampın gəlişi NƏYİ DƏYİŞƏCƏK? - FOTO

Politoloq Əziz Əlibəyli də Medianews.az-a açıqlamasında söyləyib ki, dünənki andiçmə mərasimində nitq söyləyən D.Tramp sensasiya sayılacaq vədlər verib: “Tramp Ukraynadakı münaqişəyə son qoyacağını və Üçüncü Dünya müharibəsinin qarşısını alacağını bəyan edib. Bununla yanaşı, o, Baydenin bütün axmaq əmrlərinin 24 saat ərzində ləğv ediləcəyini diqqətə çatdırdı. Artıq bu istiqamətdə müvafiq sənədlər də imzalayıb. Bu gün də amerikalıları sevindirəcək fərmanların imzalanacağı gözlənilir. Tramp yaxın günlərdə Putinlə telefon danışığının təşkil olunacağını bildirilib. Ötən gün axşamdan isə qeyri-qanuni mühacirlərin ölkənin cənub sərhədindəki “işğal”ına son qoyulması istiqamətində addımlar atılıb. Eyni zamanda, ABŞ-nin təhlükəsizliyi üçün orduya Dəmir Qübbə raketdən müdafiə sistemi yaratmaq tapşırılacaq. İlon Maskın inkişaf departamentinə rəhbərlik edəcəyini diqqətə çatdıran Tramp vurğulayıb ki, ABŞ dahiləri qorumalıdır, “çünki onların sayı çox deyil”. Onun inauqurasiya nitqində maraqlı məqamlardan biri də ABŞ-ın 35-ci prezidenti Con Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı sənədlərin məxfiliyinin ləğv edilməsi barədə vəddir. Qeyri-qanuni immiqrasiyanın birdəfəlik dayandırılması, kişilərin qadın idmanından uzaq tutulması barədə vədlər də maraq doğurur”.

Növbəti dörd il üçün HƏDƏFLƏR: <span style=color:red>Trampın gəlişi NƏYİ DƏYİŞƏCƏK? - FOTO

Ə.Əlibəyli FOX və CNN-in məlumatlarına istinad edərək, D.Trampın qarşıdakı dövrdə verəcəyi bəzi icra sərəncamlarını da sadalayıb: “Həmin sərəncamlar bunlardır: Meksika ilə cənub sərhədində fövqəladə vəziyyət elan edilməsi, ABŞ ordusunun bütün sərhədyanı ərszilərə yerləşdirilməsi və sərhəd təhlükəsizliyinin təmin olunması, kartel liderlərinin “Xüsusi Təyin olunmuş Qlobal Terrorçular” kimi təyin edilməsi, ABŞ-də kişi və qadının yeganə tanınan iki cins kimi yenidən qəbul olunması, federal səviyyədə ölüm cəzasının bərpası, “Meksika körfəzi”nin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi, süni intellekt sahəsində irimiqyaslı layihələrin hazırlanması. Süni intellektlə bağlı məsələ üçün Tramp hətta fövqəladə səlahiyyətlərdən istifadə etməyə də hazırdır. Meksika körfəzinin adının dəyişdirilməsi istiqamətində də artıq sənəd imzalanıb. Ən əsas məqamlardan biri budur ki, ABŞ neft ölkəsi olaraq qalmaqda davam edəcək. Tramp söz verib ki, heç vaxt təslim olmayacaq. Onun qənaətincə, maye neft sayəsində ABŞ yenidən zəngin ölkə olacaq. Ölkəsinin Panama kanalına sahiblənəcəyini xatırladan D.Tramp onu da əlavə edib ki, ABŞ avtomobilləri heç kimin təsəvvür edə bilməyəcəyi sürətlə yenidən inşa edəcək. Gözləyək görək, verilən vədlər hansı sürətlə həyata keçəcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR