İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç Ukraynaya 190 milyon avrodan çox vəsait ianə edəcək

Norveç qaz tədarükü xərclərinin ödənilməsi üçün Ukraynaya 190 milyon avrodan çox vəsait ianə edəcək.

AZƏRTAC xəbər verir ki, bazar ertəsi Norveç hökuməti Ukraynaya qarşıdan gələn qış ayları ərzində təbii qaz tədarükü məsələsində maddi dəstək vermək qərarını açıqlayıb. Bu məqsədlə Ukraynaya 2 milyard Norveç kronu (hazırkı məzənnə ilə 190 milyon avrodan çox) məbləğində maliyyə paketi ayrılıb.

Daha əvvəl elan edilmiş 10 milyard kron yardım paketinin bir hissəsi olan vəsait Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə Ukraynaya təqdim ediləcək.

Norveçin maliyyə naziri Trygve Slagsvold Vedumun sözlərinə görə, bu məsələdə ayrılan maliyyə yardımının səmərəli və şəffaf istifadəsini təmin edəcək nüfuzlu, beynəlxalq səviyyədə tanınmış təşkilat vasitəsilə dəstəyin istiqamətləndirilməsi böyük əhəmiyyət kəsb edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR