İnsanlara hürriyət, millətlərə istiqlal!

“Norm” ASC-nin 2023-cü il üzrə maliyyə göstəriciləri yüksəlib

“Norm” ASC 2023-ci ilin audit olunmuş maliyyə nəticələrinə dair hesabatı bölüşüb. Nəticələr göstərir ki, şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki, “Norm” ASC-də satış gəliri 11% artaraq 226 milyon AZN təşkil edib, ümumi gəlir isə 21,1% artaraq 109 milyon AZN-yə çatıb. Əməliyyat mənfəəti 8,1 milyon manat, yəni 14,6% artaraq 63,5 milyon manata, vergidən əvvəlki mənfəəti isə 31% artaraq 66,8 milyon manata çatıb.

“Norm” ASC-nin Baş Maliyyə Direktoru Elvin Mirzəyev bildirib ki, şirkət 2023-cü ildə fəaliyyətini uğurla davam etdirib və həm gəlirlərini, həm də xalis mənfəətini artırmağa nail olub. O, həmçinin qeyd edib ki, şirkət ötən il yüksək məbləğdə - 14 milyon AZN-dən çox mənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyən müəssələrindən biri olub.

Şirkətin Baş İcraçı Direktoru Henning Sasse “Norm” ASC-nin sement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunu vurğulayıb: “Biz hal-hazırda tikinti materialları seqmentində genişlənməyi hədəfləyirik və beynəlxalq konsultantlarla bu layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanır. Həmçinin, şirkətimiz bu il Azərbaycan Sement İstehsalçıları Assosiyasının üzvləri ilə “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub. Assosiasiya üzvləri və Avropa Sement Tədqiqatı Akademiyası (ECRA) ilə birlikdə Azərbaycanın sement və beton sənayesində karbon emissiyalarının azaldılmasına dair Xalis Sıfır Yol Xəritəsinin hazırlanması istiqamətində aktiv işləyirik. Hədəfimiz Yol Xəritəsini yekunlaşdırıb, COP29 tədbirində ictimaiyyətə təqdim etməkdir”.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR