İnsanlara hürriyət, millətlərə istiqlal!

Nobel Qardaşlarının Bakıdakı fəaliyyətiə dair film BU TARİXDƏ nümayiş etdiriləcək

Nobel Qardaşlarının 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində Bakıdakı fəaliyyəti və irsinə dair İsveçin “Storyfire” şirkəti tərəfindən çəkilmiş sənədli filmin 2024-cü ilin əvvəlində İsveçdə nümayişi nəzərdə tutulur.

Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyindən məlumat verilib.

Xatırladaq ki, 2023-cü ildə Nobel Qardaşlarının Azərbaycana gəlişinin 150-cü ildönümü qeyd olunur. Bu kontekstdə məşhur İsveç yazıçısı və tarixçisi Bengt Yangfeldtin mövzud üzrə müfəssəl məlumatları əks etdirən kitabı Səfirliyin təşəbbüsü ilə Azərbaycan dilinə tərcümə edilmiş və Bakıdakı “Villa Petrolea” Mərkəzində birgə tədbir çərçivəsində ictimaiyyətə təqdim edilmişdir.

“Bakı Media Mərkəzi” ilə əməkdaşlıqda “Storyfire” şirkəti tərəfindən çəkilmiş sənədli film də bu kitabın motivləri əsasında ərsəyə gəlmiş və onun dünya premyerası Bakıda keçirilmişdir. Azərbaycan və onun təbii sərvətlərinin dünyaca məşhur Nobel mükafatının ərsəyə gəlməsində rolu da daxil olmaqla Nobel qardaşlarının Azərbaycanla tarixi bağlarına işıq salacaq və ölkəmizin beynəlxalq təşviqinə böyük töhfə verəcək həmin sənədli filmə artıq Avropa və Amerikadan olan bir çox xarici ölkələrinin televiziyaları və film yayımı platformaları maraq göstərirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR