Onlayn ictimai-siyasi qəzet
“Prokurorluğun mənim bütün əmlakımı müsadirə etməsi ilə bağlı iddiasının mənəvi tərəfini başa düşmürəm”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan Kentron telekanalının efirində səsləndirib.
“Mən kilsələr, fabriklər, idman məktəbləri tikdirdim, maliyyələşdirdim, təqaüdlər verdim, idmançılar gətirdim, ildə 100-200 maşın verdim, olimpiya çempionlarına 1 milyon dollar verdim”, - deyə erməni iş adamı-siyasətçi düşdüyü vəziyyətdən gileylənib.
Tsarukyanın sözlərinə görə, idmana yardım başlamazdan əvvəl erməni idmançılar 8 il medal qazana bilməyiblər.
Qeyd edək ki, bu ilin noyabrında Ermənistan Baş Prokurorluğu Qagik Tsarukyanın malikanəsinin, şirkətlərdəki səhmlərinin, eləcə də daşınmaz əmlakının və avtomobillərinin müsadirə olunmasını tələb edib. Qanunsuz mənşəli əmlaka dair iş üzrə müvafiq iddia Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi tərəfindən icraata qəbul edilib.
Xatırladaq ki, Qagik Tsarukyan Paşinyandan öncəki iqtidarlar dövründə Ermənistanın monopolist iş adamlarından biri olub.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ