İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə indi: İsrailin bu addımının İKİ SƏBƏBİ var

"Rabitə cihazına partlayıcı yerləşdirmək söhbəti yalandır..."

İsrailin ötən gün Livanda həyata keçirdiyi kiber sui-qəsddir.

Hələ 2007-ci ildə çəkilmiş "Die Hard 4" filmində belə bir səhnə var: terrorçular məhv etmək istədikləri şəxsin kompüterinə virus göndərir və həmin virus qısa müddətdə prosessoru qızdıraraq, partladır. O zaman bu fantastik görünürdü.

Amma iki il sonra İsrail İranın nüvə stansiyasında kompüterlərə "Staxnet" virusu göndərərək partlayışa və stansiyaların fəaliyyətində axsamaya səbəb oldu.

Yəni İsrailin əlində daha əvvəldən bu imkan olub. Rabitə cihazına partlayıcı yerləşdirmək söhbəti yalandır; güman ki, rabitə cihazlarına virus göndərilib və kənardan işə salınmaqla virus cihazın partlamasına səbəb olub.

Bəs niyə indi? Görünən budur ki, İsrail bu imkanını ehtiyat variant kimi saxlamışdı. Güman ki, Livana qarşı müharibə zamanı istifadə edəcəkdi.

Bizə görə iki səbəbdən "telefon terroru" baş verib.

Birinci səbəb İsrailin elektron kəşfiyyat mərkəzinin vurulmasıdır.

Daha ciddi səbəb isə Husilərin iki gün əvvəl İsrailin hipersonik və ya ona bərabər raketlə İsrail ərazisini vurması oldu.

Hüsilərin 2 min kilometr məsafədə ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanının hava hücumlarından müdafiə sistemlərini, İsrailin "dəmir qübbə" kimi yüksək texnologiyalı raketdən müdafiə sistemini yarıb keçməsi ciddi imic problemi yaratdı. Yəni İsrailin toxunulmaz obrazı dağılmaq təhlükəsi qarşısında idi. Buna görə də Təl-Əviv yüksək texnologiyalı sui- qəsd həyata keçirməklə hələ də çox güclü olduğunu göstərməyə ehtiyac duydu. Halbuki dediyim kimi, bu silah ehtiyat variant kimi saxlanmışdı, Livanla müharibə zamanı istifadə ediləcəkdi. Ancaq husilər İsraili fakt qarşısında qoyaraq bu əməliyyata sövq etdilər.

Nəticə etibarilə bu hadisə müharibənin daha amansız fazaya keçdiyini göstərir.

Kənan Rövşənoğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR