Onlayn ictimai-siyasi qəzet
“Sovet senzurası, sovet dövrünün musiqi siyasəti üzərimizdən götürüldükdən sonra özümüzə qayıtdıq. Avtobuslarda, vağzallarda, bazarlarda səslənən ifaçılar və nəğmələr efirlərin ulduzuna çevrildilər...”
Musavat.com xəbər verir ki, müğənni Murad Arif son müsahibələrinin birində "Niyə bayağılığa meylliyik?" sualına cavab verib.
O, efirlərin zövqsüzlük yarışından danışıb:
“Kütləvi şəkildə onlara maraq çoxaldı. Məlum oldu ki, "BİZ BUYUQ". Bu zövqsüzlüyə 90-larda başladıldı. Ödənişli efirlər ilk olaraq Aztv-də yarandı, ardınca Sara TV, ANS TV və 2000-lərdə musiqi özbaşınalığının, zövqsüzlüyün pikini ATV göstərməyə başladı... Bütün günü ödənişli müğənnilər, mahnılar.. Efirlərin musiqi-əyləncəli verilişlər siyasəti, redaktor qayçısıyla deyil, xalqın seçiminə buraxıldı. "İnsanlar buna baxır, reytinqi bunlar verir" cümlələri deyildi efirlərdən...
Bu gün nəyisə dəyişmək mümkünsüz görünür, çünki camaat TikToka baxır! Efirlər də özünü TikTok səviyyəsinə salıb. Gərək bir "yumruqla" efir siyasətinə müdaxilə oluna...”
Könül
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ