Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən velosiped yürüşlərinə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Yerli mətbuatın yazdığına görə, Paşinyanın bu addımı əslində ictimaiyyətə təqdim olunduğu kimi velosiped mədəniyyətinin təbliği ilə bağlı deyil, daha çox seçki kampaniyası çərçivəsində atılan siyasi addımdır.
Məqalədə vurğulanır ki, velosiped mədəniyyətinin həqiqi təşviqi üçün dövlət və bələdiyyə səviyyəsində kompleks tədbirlər həyata keçirilməlidir. Lakin Nikol Paşinyanın yürüşləri əsasən siyasi təbliğat və hakimiyyət daxilində “sadiqlik testi” funksiyası daşıyır.
Qeyd olunur ki, erməni baş nazir veloyürüşləri adətən günəş doğmamış, çox erkən saatlarda təşkil edir. Bu isə həm çətin, həm də iştirakçılardan fədakarlıq tələb edən bir vaxtdır.
Yerli mətbuatın iddiasına görə, Paşinyan bununla kimlərin belə “qurbanlara” hazır olduğunu müşahidə edir. Bu, hakimiyyət daxilində sədaqəti ölçməyin yollarından biri kimi qiymətləndirilir.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ