Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın şousu SMS vasitəsilə işdən çıxarma ilə məhdudlaşmayacaq.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
“Dünən Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri şəhərin müxtəlif küçələrində “oğru”ları asfalt üstünə yıxaraq həbs edib. Bundan başqa, büdcə hesabına ən çox səyahət edən Paşinyan ona biznes-klassda uçan məmurların və onların ailə üzvlərinin siyahısını təqdim etməyi tapşırıb. Məlumat toplandıqdan sonra yeni şou gözlənilir: Paşinyan “az maaşla” bir neçə milyonluq səfərlər edə bilənləri biabır edəcək”, - deyə məlumatda qeyd olunur.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ