Onlayn ictimai-siyasi qəzet
Baş nazir Nikol Paşinyanın qərarı ilə Azərbaycanla Ermənistan arasında demarkasiya və sərhəd təhlükəsizliyi komissiyaları tərkibində işçi qrup yaradılıb.
Musavat.com Nyus.am-a istinadən verdiyi xəbərə əsasən, işçi qrupa Tavuşun qubernatoru, yerli icmaların rəhbərləri, kənd sakinlərinin nümayəndələri daxil ediliblər.
İşçi qrupunun siyahısı aşağıdakı kimidi:
▪️Haik Qalumyan - Tavuş vilayətinin qubernatoru
▪️ Arsen Aqababyan - Tavuş vilayətinin Noemberyan icmasının rəhbəri
▪️ Artur Çaqaryan - Tavuş vilayətinin İcevan bələdiyyəsinin sədri
▪️ Mqer Ağamyan - Tavuş vilayətinin Noemberyan icmasının sədr müavini
▪️İşxan Aqbalyan - Voskepara administrasiyasının rəhbəri
▪️ Gevorq Saakyan - Baganis administrasiyasının rəhbəri
▪️ Tiqran Arutyunyan - Berkaber administrasiyasının rəhbəri
▪️Kamo Şaqinyan - Kirantsa administrasiyasının rəhbəri
▪️ Serob Maxsudyan - Voskepar kənd sakini
▪️Suren Xudaverdyan - Berkaber kənd sakini
▪️Andranik Nazaryan-Kirants kənd sakini
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ