İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigeriyada üç avtobusun toqquşması nəticəsində azı 37 nəfər ölüb

Nigeriyanın şimal-şərqindəki Borno ştatında üç avtobusun toqquşması nəticəsində azı 37 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” nəşri hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, qəza Mayduquri şəhəri yaxınlığında baş verib. Belə ki, iki avtobus toqquşduqdan sonra yanmağa başlayıb.

Daha sonra üçuncü avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yanan avtobuslara çırpıb.

Qəzaya səbəb kimi avtobuslardan birində təkərin partlaması və sürət həddinin düzgün seçilməməsi göstərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR