İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigerin baş naziri fransız hərbçilərin ölkədən çıxmasını tələb edir

Nigerin baş naziri Fransa ordusunun sürətlə geri çəkilməsi üçün təmasların olduğunu açıqlayaraq deyib ki, franszlar bu prosesin çox tez başa çatdırılmasın çalışmalıdırlar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Nazirlər Kabinetinin müvəqqəti rəhbəri Ali Mahaman Lamin Zeyn əlavə edib ki, bununla yanaşı, Niamey Parislə əməkdaşlığı davam etdirmək istəyir.

O, daha əvvəl üsyançıları hərbi müdaxilə ilə hədələyən Qərbi Afrika İqtisadi Birliyi ilə əlaqələrdən də danışıb. Zeynin sözlərinə görə, “bir neçə gün ərzində razılığın əldə olunmasına ümid var”.

Niger keçmiş Fransa koloniyasıdır. Ölkədə təxminən 1,5 min fransız əsgəri var və onların çoxu Nigerin paytaxtına yaxın məkanlarda yerləşdirilib. Paris üsyançıların hökumətini legitimlyini tanımaqdan imtina edib və səfirinin qovulması təhlükəsinə məhəl qoymayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR