Onlayn ictimai-siyasi qəzet
Müğənni Şəbnəm Tovuzlu Nigar Camalın onun "kataqoriya" sözünü ələ salmasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Şəbnəm Nigarın özünü onun vasitəsi ilə reklam etdiyini bildirib.
Şəbnəm fikirlərini sosial şəbəkədə bölüşüb:
"Niqulya ildə bir dəfə gündəmə gəlir, o da Şəbnəm Tovuzlu sayəsində. Yenə də mən sağ olum".
Qeyd edək ki, ifaçılar arasındakı qalmaqala səbəb Şəbnəmin kəməri tərs taxması ilə başlayıb. Nigar onun bu hərəkətini ələ salmışdı. Daha sonra isə Şəbnəmin duet təklifinə Nigar janrlarının uyğun olmadığını deyərək, imtina etmişdi.
Ardınca Şəbnəm "Gün ortası" verilişində "Kimliyindən asılı olmayaraq, icazə vermirəm ki, hansısa sənətkar belə "eyni kateqoriyada” deyilik" desin" demişdi. Nigar isə Şəbnəmə "Afaqla onlar" verilişində atmaca atmışdı.
Könül
Musavat.com
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ