İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigar Fərhadla bağlı araşdırma aparılacaq - RƏSMİ

“Kanal S”in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub.

Musavat.com-un məlumatına görə, onun efirdə səsləndirdiyi “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb.

N. Fərhadın fikri sosial şəbəkələrdə sərt tənqid edilib.

Məsələ ilə bağlı Audiovizual Şura açıqlama yayıb:

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq. Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir”.

Qeyd edək ki, aparıcı etirazla qarşılanan çıxışından sonra sosial şəbəkə hesabında video paylaşaraq bunları deyib: “Fikirlərimin şəhid qızları ilə əlaqəsi yoxdur. Allah  mənə övlad nəsib edərsə, istəyərəm ki, ocağıma şəhid qızımız nəsib olsun”.

@@TVmusavat/111951@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR