İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderlandda yaşayan həmvətənlərimiz Türkiyəyə yardım göndərdilər

Son günlər bütün dünyada medyanın gündəmində əsas mövzuya çevrilmiş olan Türkiyə və Suriyada baş vermiş güclü zəlzələ yəqin ki son 100 ilin ən dəhşətli, faciəli təbii fəlakətlərdən biri kimi tarixdə qalacaqdır. Demək olar ki, dinindən, irqindən asılı olmayaraq bütün ölkələr, xalqlar bu hadisəni hüznlə qarşıladı və imkanları daxilində hər iki ölkəyə yardım etməkdə səfərbər oldular.

Musavat.com-a verilən xəbərə görə, Niderland Krallığının Den Haag şəhərində yerləşən Hollandiya-Azərbaycan Türk Kültür dərnəyi də zəlzələnin ilk saatlarından zərər görmüş insanlara yardım kampaniyasına başladı və hal hazırda da həmin kampaniya davam etməkdədir.

Bu gün dərnəyin yerləşdiyi binada faciədə dünyasını dəyişmiş insanların ruhunu yad etmək məqsədi ilə görüş keçirilib.

İştirakçılar həlak olan insanları bir dəqiqəlik sükutla yad etmişlər. Haaqa şəhəri məscidlərinin Hocaları Qurani Kərimdən şəhidlərin ruhuna dualar oxuduqdan sonra açılış sözü ilə tədbir iştirakçılarını salamlayan dərnək başqanı İlhan Aşqın başladıqları yardım kampaniyası ilə bağlı qısaca məlumat verib. Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev cənabları öz çıxışında vəfat edənlərin ailələrinə baş sağlığı vermiş, yaralılara səfalar diləmişdir. Səfir bundan sonra da Azərbaycan və Türiyə qardaşlığının əbədi davam etməsi üçün hər iki dövlətin insanlarının səylərinin daha da artırmalı olduğunu qeyd edib.

Daha sonra çıxış edən Məscidi Kuba camisinin imamı Osman bəy bu ağır gündə Türk xalqının yanında olduqları üçün hər kəsə təşəkkürünü bildirib.

Tədbirin sonunda iştirakçılara rəhmətə gedən insanların ruhu üçün ehsan verilib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR