İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland rus diplomatların sayını azaldır

Niderland ölkədə işləyən rus diplomatların sayını məhdudlaşdırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Nazirlər Kabineti Rusiyanın Haaqadakı səfirliyində Niderlandın Moskvadakı səfirliyindən artıq diplomatın işləyə bilməyəcəyi barədə qərar qəbul edib. Buna görə də bir sıra rusiyalı diplomatlar Niderlandı tərk etməli olacaqlar”, - məlumatda vurğulanıb.

Onların dəqiq sayı barədə məlumat verilmir.

Niderland Yayım Korporasiyasının məlumatına görə, söhbət təxminən 10 diplomatdan gedir. Onlar iki həftə ərzində ölkəni tərk etməlidirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR