İnsanlara hürriyət, millətlərə istiqlal!

Nicat dayısı Yaşar Nuri ilə eyni səhnədə... - VİDEO

Aktyor Nicat Rəhimovun rol aldığı “Şirin” serialında maraqlı addım atılıb.

Ekran işinin növbəti bölümündə mərhum Xalq artisti Yaşar Nurinin səhnəsinə yer verilib.

Belə ki, ustad aktyorun sağlığındakı görüntülərdən istifadə olunub. Montajla hazırlanan kadrda N. Rəhimovla Y. Nurinin dialoqu qurulub. Həmin səhnəni paylaşan aktyor bu sözləri yazıb:

“Dayım Yaşar Nuri ilə eyni səhnədə yer almaq həmişə mənim üçün bir arzu idi. Bu gün “Şirin” serialında bir araya gəldik. O, həmişə olduğu kimi, bu səhnədə də mənimlədir. Onun varlığını hiss etmək, sənətini bir daha yaşatmaq mənim üçün sözlə ifadə olunmaz bir hissdir. Sənət əbədidir, Yaşar Nuri isə hər zaman bizimlədir”. (OLAY)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR