Onlayn ictimai-siyasi qəzet
Zaqatalada 21 yaşlı oğlan 77 yaşlı babasını bıçaqlayıb, daha sonra kişi xəstəxanada ölüb.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, ilkin araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Ruslan İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Onun dəfələrlə Bakıda və Şəkidə yerləşən psixiatrik xəstəxanalarda müalicə olunması müəyyənləşib. O, bir müddət imiş ki, xəstəxanadan evə buraxılıbmış.
Hadisə vaxtı isə Ruslanla 77 yaşlı babası Yaşar İbrahimov arasında Zaqatala şəhərində birgə yaşadıqları evdə qazı yandırmağa görə mübahisə yaranıb. Gənc oğlan babasının istəyinə qarşı çıxıb və əsəbi halda bıçaq götürərək ona xəsarətlər yetirib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ